"Kinonu onsuz təsəvvür etmək mümkünsüzdür" - Qənirə Paşayeva Rasim Balayev haqda

TOP4
14:16 18.11.2017
2581
"Azərbaycan kinosunu onsuz təsəvvür etmək sadəcə mümkünsüzdür"
 
AZXEBER.COM xəbər verir ki millət vəkili Qənirə Paşayeva xalq artisti Rasim Balayevlə görüşüb.
 
Xanım deputat görüş haqda bunları deyib: "Dədə Qorqud” da Beyrəyi, "Babək”də Babəki, "Nəsimi”də Nəsimini biz onunla daha çox sevmişdik. Onun yaratdığı bütün rollar sevilirdi çünki o qəhrəmanlarını oynamırdı, yaşayırdı. Bir başqadır onun kinomuzdakı yeri və rolu. Özəlliklə bizim gənclik illəərində hər kəs ona heyranlıqla baxardı və sevərdi. İllər keçdi. Yaşı artdı. Kinomuzda yaşanan bəzi proseslərdən dolayı oynadığı rollar azaldı, az görünməyə başladı televiziya ekranlarında amma heç kəs onu unutmadı, ona sevgi azalmadı. Bu gün neçə saat söhbət necə keçdi heç xəbərimiz olmadı. Sözün əsl mənasında dərdləşdik Rasim müəllimlə. Nəsimi ruhlu, dünyagörüşlü bir ziyalı ilə söhbət təbii ki maraqlı idi. Rasim müəllim inşallah sağlamlığına da qısa zamanda inanırıq ki tam qovuşacaq. Onun əsas dərmanı isə insanların sevgisi olacaq yenə.
 
Oturduğumuz məkandan ayrılanla insanların yaxınlaşıb necə böyük sevgi ilə onunla danımaq istəməsi, şəkil çəkdirmək marağı bir daha göstərirdi ki o Azərbaycan mdəniyyəti tarixində hər zaman yaşayacaq. Söhbətimiz o qədər maraqlı idi ki haməıız qatılmalı olduğumuz tədbirdən imtina etdik, zəng edib üzr dilədik. Əziz Jalə xanım var olun!Mehmet bəy təşəkkürlər. Rasim müəllim siz hələ uzun illər yaşayacaqsınız, rollar da yaradacaqsınız. Sizinlə hələ neçə-neçə filmlər tamaşaçıları düşündürəcək, bəzən sevindirib bəzən kədərləndirəcək. Siz Azərbaycana, konumuza çox lazımsınız və özünüzü daha da çox qorumalısınız. Sizə ilk öncə möhkəm can sağlığı arzulayırıq və buna tezliklə tam qovuşacağınıza da".
 
Qeyd edək ki,bir müddət əvvəl Rasim Balayev dərman almağa pulum yoxdur demişdi.

OXŞAR XƏBƏRLƏR