Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb - Rəsmi açıqlama

Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb - Rəsmi açıqlama
SOSİAL
11:26 22.01.2020
3676
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.

İpoteka və Kredit Zəmanət Fondundan AZXEBER.COM-a bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir. Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb. Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.
OXŞAR XƏBƏRLƏR