Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk - Açıqlama

Kirayə müqaviləsi bağlamayanları gözləyən böyük risk - Açıqlama
SOSİAL
21:22 14.08.2026
699
Azərbaycanda kirayə mənzil bazarında həm kirayə verənlər, həm də kirayəçilər arasında yaranan mübahisələrin sayı artmaqdadır. Bu mübahisələrin əksəriyyəti tərəflər arasında yazılı müqavilənin bağlanmaması, ödənişlərin qeyri-rəsmi qaydada aparılması və hüquq və öhdəliklərin əvvəlcədən dəqiq müəyyən edilməməsi ilə əlaqədardır. Bəzən kirayəçinin xəbərdarlıq edilmədən evdən çıxarılması, depozitin geri qaytarılmaması və ya mənzilə dəyən zərərin ödənilməsi kimi məsələlər ciddi hüquqi mübahisələrə çevrilir. 

Kirayə münasibətlərində ən çox rast gəlinən hüquqi səhvlər hansılardır? 

Kirayəçi hansı hallarda ev sahibindən kompensasiya tələb edə bilər?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, ən böyük səhvlərdən biri kirayə müqaviləsinin bağlanmamasıdır:

"Bu, hər iki tərəfə ziyan vura bilər.

Məsələn, kirayə verən üçün problem yarana bilər. Sabah kirayəçi deyə bilər ki, kirayə haqqı 400 manat deyil, 50 manat olub. Kirayənin hansı aylarda və hansı tarixlərdə ödənilməsi də müqavilədə dəqiq göstərilməlidir. Bundan başqa, evdə olan əşyaların, mebelin və digər əmlakın siyahısı da müqavilədə qeyd olunmalıdır. Əgər bunlar yazılı şəkildə göstərilməsə, sabah kirayəçi evdə olan əşyaları götürüb deyə bilər ki, həmin əşyalar ümumiyyətlə evdə olmayıb”.

Hüquqşünas əlavə edib ki, eyni zamanda, kirayə götürənin də hüquqları qorunmalıdır:

"Məsələn, müqavilə yoxdursa, kirayəçini istənilən vaxt evdən çıxarmaqla bağlı mübahisə yarana bilər. Bir məsələ var ki, müqavilən var, orada müddət və digər şərtlər göstərilib. Digər məsələ isə odur ki, tərəflərin əlində heç bir yazılı sübut yoxdur.Bu baxımdan həm kirayə verənin, həm də kirayə götürənin hüquqlarının qorunması, eləcə də tərəflərin bir-birinə vura biləcəyi ziyanın qarşısının alınması üçün kirayə müqaviləsinin bağlanması çox vacibdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA