Kirayə qaldığı evdə dəm qazından boğulub öldü

Kirayə qaldığı evdə dəm qazından boğulub öldü
SOSİAL
11:59 12.10.2019
4355
Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub.

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb.

1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb.

Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR