Kirayə üsulu ilə mənzil satışı qaydaları dəyişir - VİDEO

Kirayə üsulu ilə mənzil satışı qaydaları dəyişir - VİDEO
SOSİAL
23:53 22.10.2026
97
Kirayə üsulu ilə mənzil satışı qaydaları dəyişdirilir.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, ipoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizmi qaydalarında dəyişiklik edilib.

Fonddan "Xəzər Xəbər”ə bildirilib ki, bu addım kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, eləcə də iş proseslərinin daha da şəffaflaşdırılması, və sui-istifadə hallarının qarşısının alınması məqsədilə atılıb. 

Yeni qaydalara əsasən, satmaq öhdəliyi ilə kirayə mənzil əldə etmiş şəxslər müqavilə bağlandıqdan 3 il keçdikdən sonra öhdəliklərini başqa şəxsə ötürə biləcəklər. Eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar.

Bundan başqa, müraciət edən şəxslərin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı da şərtlər yenilənib. Belə ki, yalnız kredit tarixçəsi "müsbət" və ya "qənaətbəxş" qiymətləndirilən şəxslər kirayə mənzil mexanizmindən yararlana biləcəklər.
 

OXŞAR XƏBƏRLƏR