Kirayəçilərə əsəbiləşən ev sahibi mebelləri balkondan atdı

Kirayəçilərə əsəbiləşən ev sahibi mebelləri balkondan atdı
DÜNYA
13:20 23.04.2024
156
Türkiyənin Avcılar bölgəsində kirayəçiləri ilə problem yaşayan ev sahibi əmlakçı ilə birlikdə  əşyaları 4-cü mərtəbədə yerləşən mənzilin eyvanından atıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əşyalar səkiyə səkiyə düşüb, səkini bağladığı üçün ev sahibi 1500 lirə (təx. 80 AZN) cərimə olunub. 

İddialara görə, 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzil bir müddət əvvəl əşyalı vəziyyətdə xarici vətəndaşa kirayə verilib.  

İcarəyə götürənlərin evin otaqlarını başqalarına kirayə verdiyini öyrənən ev sahibi kirayəçilərdən mənzili tərk etmələrini istəyib. 

Kirayəçilər deyilənə əməl etmədikdə isə məlum hadisə baş verib. 

Oksana
OXŞAR XƏBƏRLƏR