"Kişi anası ilə həyat yoldaşının arasında qalmamalıdır" - Şöhrət

"Kişi anası ilə həyat yoldaşının arasında qalmamalıdır" - Şöhrət
MAQAZİN
12:44 29.07.2025
153
Müğənni Şöhrət Məmmədov "Rəngarəng" verilişində maraqlı açıqlama verib.
 
AZXEBER.COM xəbər verir ki, yeni evlənən sənətçi gəlin-qaynana münasibətlərindən danışıb.
 
O, bildirib ki, bu məsələlərdə yük kişinin üzərinə düşür:
 
"Ailədə gəlin və qaynananın yaxşı yola getməsi üçün yük kişinin üzərinə düşür. Çünki kişi anası ilə xanımının arasında qalmamalıdır. Böyüklərə hörmət hər zaman vacibdir. Bu tərbiyə məsələsidir. Mənəvi və ailə bağları önəmlidir. Adam var ki, ayağının altına dünyanı da sərsən, nankordur. Yola getməyən valideynlər də var. Orta yolu tapmaq lazımdır".
 
Xatırladaq ki, müğənni Şöhrət ötən il türkiyəli xanımla ailə həyatı qurub. O, xanımını mətbuatdan gizli saxlayır.
 
Aysel
OXŞAR XƏBƏRLƏR