Kişi "aşkım" sözünə görə arvadını od vurub yandırdı

DÜNYA
10:15 27.02.2014
3001

"Öldürmək üçün deyil, üzünə heçkim baxmasın deyə yandırdım"

Türkiyədə artıq qeyri-adi sayılmayan bir hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Hüseyn adlı 43 yaşlı bir kişi 40 yaşlı arvadı Gülayı, qaynanası və qaynanasının sevgilisini güllələyib. Daha sonra isə arvadını yandırıb.
Cinayəti törədən şəxsin məhkəmədə verdiyi ifadə isə hamını şoka salıb. O, tüfənglə yaraladığı arvadının üzünə heç kim baxmasın deyə daha sonra onu yandırdığını deyib.
Məlumata görə, Gülay ərini tərk edərək anasının evinə qayıdıbmış.
Hüseyn isə, “Yanacaqsan birlikdə yanaq” deyib. Əvvəlcə arvadından telefon nömrəsini istəyib. Qadın nömrəsini vermədikdə, benzini onun üzərinə tökərək əlindəki yanan süpürgə ilə onu vurub. Biraz yandıqdan sonra yanğını sönüb. Bundan sonra telefonu sındırmağa çalışıb. Ərinə “Sevgilim qayıdaca sənə, yenə də məktəbdə işləməyə başlayacam” deyib. Hüseyn isə, “senin neçə dənə sevgilin var” deyib. Telefonu əlindən almağa çalışanda telefonda “aşkım” yazısını görüb. Bundan sonra üzünə heç kim baxmasın, çirkin olsun deyə qadına yenidən od vurub. Bundan əvvəl isə qananasını da yandırıb.
İfadəsində arvadını öldürmə məqsədilə yandırmadığını deyən və əməlindən peşman olduğunu söyləyən Hüseynə məhkəmə hökm oxuyub.
OXŞAR XƏBƏRLƏR