Mina Hüseyn boşanmasından danışıb.
AZXEBER.COM xəbər verir ki, müğənni Mina Hüseyn ATV televiziyasında yayımlanan "Şou Xəbər” verilişinə boşanması ilə bağlı ətraflı məlumat verib.
2022-ci ildə ailə həyatı qurub, həmin ildə də boşanan müğənni bir müddət öncə açıqlamasında bildirmişdi ki, ailəsinin dağılmasını istəməyib:
"Mən ailəmin dağılmasını istəmirdim, ana olmaq istəyirdim. Nikah günümüzdə dedi ki, "Instagram”ı bağlayıb, sənətdən uzaqlaşacaqsan. Mən də həmişə deyirdim ki, sənətdən gedərəm, amma həyat yoldaşım bunun müqabilində dəstək olsun”, - deyə Mina bildirmişdi.
O, yenidən məsələ ilə bağlı açıqlamasında boşandığına görə peşman olduğunu bildirib.
Müxbirin "Yaman gözlərin gülür, həyatında yeni biri var?” sualına Mina gülərək cavab verib:
"Mənim bir insanda önəm verdiyim keyfiyyətlər yalan danışmamağı, dürüst olmağı, anlayışlı olması və qadını sahiblənməyidir. Kişi bir balaca meymundan fərqlənsə kifayətdir, əsas onun xarakteridir. O qədər yaraşıqlı oğlanlar var ki, amma xasiyyəti çox pisdir”.
Ətraflı süjetdə:
Ayşən