Türkiyə İstanbul şəhərindəki məşhur “Taksim” meydanın kişi fahişəxanası açılması tələbi ilə aksiya keçiriləcək. Aksiyanı qadınlara qarşı zoraklıqla mübarizə aparan “Şefkat-Der” (Şəfqət dərnəyi) rəhbəri Xeyrəddin Bulan təşkil edəcək. Məlumata görə, “Şefkat-Der” daha əvvəl də qadına qarşı zorakılığı keçirdiyi müxtəlif etiraz aksiyaları ilə pisləyib.Qeyd edək ki, aksiya bu həftənin bazar günü martın 17-də keçiriləcək. Bunun ertəsi gün (18 mart) isə Bulan bu tələbini dilə gətirdiyi ərizə ilə Türkiyə Böyük Millət Məclisinə müraciət edəcək.Qadınların kölə kimi çalışdırıldığı fahişəxanaların normal və ehtiyac kimi qarşılandığını deyən Xeyrəddin Bulan, “Görək vəsiqələndirilmiş kişilərin qadınlara xidmət göstərəcəyi fahişəxanalar da normal qarşılanacaqmı” – deyib.“Qadınların mal kimi satıldığı fahişəxanalar bağlanaraq qadınlardan üzr istənənə qədər mübarizəmiz davam edəcək” – deyə sədr vurğulayıb.Xatırladaq ki, Türkiyə Cümhuriyyətində kassa aparatı ilə xidnət göstərən və dövlətə vergi ödəyən fahişəxanalar var.