Kişi həyat yoldaşı ilə münasibətdə olan tanışını öldürdü – Azərbaycanda dəhşətli qətlin təfərrüatları

Kişi həyat yoldaşı ilə münasibətdə olan tanışını öldürdü – Azərbaycanda dəhşətli qətlin təfərrüatları
SOSİAL
14:56 13.08.2018
5152
Şabran rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
 
AZXEBER.COM "yenicag.az”a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, R.Hacıyev evinə gələn zaman V.Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə yerindəcə ölüb.

V.Hacıyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR