"Kişi həyat yoldaşını gözəl yaşatmalıdır"

"Kişi həyat yoldaşını gözəl yaşatmalıdır"
MAQAZİN
18:30 03.03.2026
171
"Kişi həyat yoldaşına gözəl gün yaşatmağı bacarmalıdır".

AZXEBER.COM xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Qonaqcanlı" verilişində deyib. Musiqiçi aktrisa xanımı Aysel İbrahimovadan danışıb:

"Aysel dövlət tədbirlərində çıxış edir. Onun uğuru mənim uğurumdur. Onun bu cür çıxışları mənim üçün fəxrdir. Ailədə kişi həyat yoldaşına dəstək olmalıdır. Hamımız bu həyata bir dəfə gəlirik. Bir də gəlməyəcəyik. Elə şərait qurmalıyıq ki, həyat yoldaşımız gözəl günlər görsün. Əfsuslar olsun ki, buna dəyər verib qarşılıq verən xanımlar da var. Qarşılıq verməyib, doymayıb, daha çox istəyən xanımlar da var".
OXŞAR XƏBƏRLƏR