“Kişi kişinin üzünə durmaz” - “Lotu Quli”nin kirvəsi polisə qarşı

“Kişi kişinin üzünə durmaz” - “Lotu Quli”nin kirvəsi polisə qarşı
SOSİAL
14:37 13.09.2017
8013
"Lotu Quli"nin kirvəsinin növbəti məhkəməsi keçirilib.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.

Məhkəmədə şahid qismində Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Kamalov dindirilib.

O bildirib ki, keçən il mart ayında Nəsimi rayon ərazisində əməliyyat məlumatı daxil olub: "Raportla Nəsimi Polis İdarəsi məlumat gəldi ki, həmin şəxs narkotik alveri ilə məşğul olub. Biz əməliyyat keçirdik və saxladıq. Cibindən İphone markalı telefon və bükümdə 200 qramdan çox narkotik vasitə aşkarladıq. Protokollaşdırdıqdan sonra maşınında axtarış apardıq. Silah və 16 ədəd patron götürüldü. Maşından da 300 qram narkotik maddə aşkarlandı. Həmin vaxt vəkil və hal şahidləri vardı. Bizim qrupdan başqa Nəsimi rayon Polis İdarəsinin əməkdaşkarı da axtarışda olub".

Şahid deyib ki, əməliyyat zamanı təqsirləndirilən şəxsə heç bir təzyiq və işgəncə olmayıb.

Prosesdə şahid vəkilin suallarını cavablandırıb. Polis əməkdaşı hadisədən uzun bir müddət keçdiyindən bəzi detalları xatırladamadığını deyib.

Təqsirləndirilən Namazov isə şahidin dediklərinə belə cavab verin: "Bunlar polis məktəbinində polisliyi deyil, üzə durmağı oxuyublar. Mənim gülməyim gəlir. Baxın mənim maşınımdan, evimdən patron çıxır. Bəs silah hanı? Bir kəlmə demək istəyirəm ki, kişi kişinin üzünə durmaz. Məni tutanda dedilər ki, sifariş yuxarıdandır".

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Proses şahidlərin dindirilməsi ilə davam edəcək. Proses avqustun 2-də davam edəcək.

Xatırladaq ki, "Lotu Quli"nin yeznəsi Vidadi Hüseynov da həbs edilmişdi. O da narkotik ittihamı ilə həns edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov "Bulaq"restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, "Lotu Quli" 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR