"Kişi küsməz, inciyər. Amma qəlbin də qırılmağı var. Gərək o sınmasın".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli deyib.
"Tarixin bir günü" verilişində qonaq olan Vasif, Xatunun ona barışıq əli uzatmasına reaksiya bildirib:
"Kişi küsməz, inciyər. Amma qəlbin də qırılmağı var. Gərək o sınmasın. Yəqin ki, Xatun səmimi idi barışıq əli uzadarkən. Duet oxumamışıq amma toylarda çox bir yerdə olmuşuq. O mənə qarşı barışıq addımı ata bilər, amma mənim Xatundan qəlbim qırılıb, bəlkə də zamanla keçib gedəcək, bilmirəm. Mən bu günə qədər çox şeyə susmağımla qalib gəlmişəm. Bu mənim ən güclü silahımdır. Susmağı bacarmaq lazımdır. Mən kimləsə küsə bilərəm, amma mənim içimdə o adamla bağlı elə sirrlər olar ki, onu gedib kimsəsə demərəm. Heç vaxt onu rəzil hala salası bir şey etmərəm".
Aysel










































