"Kişi müğənnilər toya apardıqları bəzi qadın müğənniləri satırlar" - Əməkdar artistdən şok açıqlama

MAQAZİN
18:45 03.03.2020
4584
Bu yaxınlarda əməkdar artist, xanəndə Sevinc Sarıyevanın verilişlərin birində dediyi sözlər qalmaqala səbəb olub. Onun "Kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar” sözləri bəzi həmkarları tərəfindən tənqid edilib.

"Ölkə.Az” məsələ ilə bağlı xanəndə ilə əlaqə saxlayıb fikirlərini öyrənib. S.Sarıyeva açıqlamasında bildirib ki, dediyi sözlərin sonuna qədər arxasındadır:

"İnandırım sizi, o açıqlamadan sonra mənə gələn zənglərin ardı-arası kəsilmədi. Bu açıqlamama görə xalq artistlərindən tutmuş, əməkdar artistlərə qədər, o qədər üstümə gələnlər oldu ki. Biri dedi sizə yaraşdırmadım, digəri irad tutdu. Ancaq təşəkkür edənlər də çox oldu. Mən heç vaxt belə açıqlamalar etməmişəm. Hər zaman başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Ancaq yayda gördüyüm bir səhnə məni dəhşətə gətirdi, dilə gəldim. Elə istəyirdim imkan olsun mən sözümü çatdırım. Həmin gün o verilişdə qadın müğənnilərin toya geyindikləri açıq-saçıq libaslar müzakirə olunurdu. Mən də canlı efirə qoşularaq, fikirlərimi bildirdim. Dedim ki, həmin qadınların o günə düşməsinin günahkarı 80 faiz kişi ifaçılarıdır. Dediyim sözlərin də sonuna qədər arxasındayam”, - deyə o, qeyd edib.

Əməkdaşımızın "Sizi bu fikirlərinizə görə kim daha çox qınadı? Qadın həmkarlarınız, yoxsa kişi?” sualına əməkdar artist belə cavab verib:
"Qadın müğənnilər dediyim "satmaq” sözümə irad bildirdilər. Onlar "Sevinc xanım sizə o sözü heç yaraşdırmadıq” deyə mənə tənqidi fikirlərini çatdırırdılar. Mən yenə də fikrimdə qaldım, onlara da bildirdim ki, düzdür, bir az əsəbiləşmişdim, buna görə hətta tamaşaçılardan üzr də istədim, ancaq mən həqiqəti demişəm”.

Söhbət zamanı əməkdar artist kişilərin sözlərinə əməl etməyən qadın müğənnilərin üzləşdiyi problemlərdən də danışıb.

"Sabah o qadın kişi müğənninin dediklərinə tabe olmasa, pulunu kəsir, məclislərə aparmır. O yazıq da qalır çörəksiz. Eləsi var uşaq oxudur, qardaş oxudur, toylara getməyə məcburdur. Sizə bir hadisə danışım.

Göyçayda toyda bir kişi müğənni cavan qız ifaçıya dedi ki, get kişilər oturan stolda əyləş, o da bunu yerinə yetirmək istəmədi. Həmin müğənni yazıq qıza deyir ki, axşam sənə 150 manatdan artıq pul verməyəcəm. Həmin o, üzr istəyirəm ifadəmə görə "şərəfsiz müğənni” özü gedib oturur əyyaşların masasında, sonra da qayıdır qıza deyir ki, "qızım, sən də gəl otur, bunlarda sənin əmin, dayın.”Görün bu nə deməkdir? Bizə bu cür hərəkətlər yaraşar? Hanı bizim qeyrətimiz? Yazıq qız mənə deyir ki, "Vallah Sevinc xanım, mənim əlacım olsa toya getmərəm. Bilsəm ki, süpürgəçilik etsəm ayıma dolana biləcəyim qədər məbləğ qazanacağam, gedib işləyərəm. Mən xəstə atama baxıram, qardaşım universitetdə oxuyur, onun təhsil haqqını ödəyirəm. Mən özüm oxumamışam, ali təhsil almamışam. İstəmirəm ki, o da mənim kimi təhsilsiz qalsın”. Bu qızın qeyrətidir, namusudur.”, - deyə Sevinc Sarıyeva vurğulayıb. Lakin o, bunun hamıya şamil olmadığını, içərilərində istisnaların olduğunu da deyib.

"Mən bunu hamıya şamil etmirəm. Eləsi var özü bu yolun yolçusudur. Ancaq içlərində elələri var ki, imkansızlıqdan məcbur məclislərə gedir. Axı siz bunları niyə pis yola sövq edirsiniz? İstəyən qadın hansı sənətdə olursa olsun, iffətini qoruyub saxlaya bilir. Ancaq bunlardan fərqli olaraq, qadınlar var ki, baxıram, düşünürəm sən axı müğənnisən rəqqasə deyilsən. Baxırsan ki, çıxıb efirə bədəninin bütün əzalarını əsdirir, silkələyir. Bizə o vaxt səhnə hərəkətləri dərsləri keçirdilər, səhnədə özümüzü necə aparaq deyə, daha demirdilər ki, çıx səhnəyə ora-buranı əsdir. Bunu mən deməyim, o deməsin bəs kim desin? Axır-əvvəl bunu qeyrətli vətən övladı çıxıb deməlidir ki, "Ay bacım, ay qardaşım özünüzə gəlin””.
Müğənni bu yaxınlarda Tolikin verdiyi "Bəzi xanəndə qızların Rusiyada "nə hoqqalardan" çıxdığının şahidi olmuşam” açıqlamasına da fikir bildirib.
"Düz deyir, tamamilə haqlıdır. Estrada müğənnilərimiz qalıb kölgədə, muğam oxuyanlar gəlib onları keçiblər. Bilirsiniz, bu da nədən irəli gəlir, görməmiş uşaqlardır, gəlirlər düşürlər o pulun içinə, 5-10 manat görür, özünü itirir. Biri oradan bir sevgili tapır, biri bu tərəfdən yaşlı kişi sponsor tapır olur ilin müğənnisi, xanəndəsi. İnanırsınız, bir-birlərinin sevgililərini belə tanıyırlar. Biri o birinə deyir, filankəsi bilirsiniz kim saxlayır? Biri var 40-45 yaşlı tənha qadın ola, deyirsən eybi yox, onun da haqqıdır sevib-sevilmək. Bir də var cavan-cavan qız uşaqları, hara gedirik biz bu vəziyyətdə, düşünürəm ki, yolumuz ancaq uçurumadır.”

Əməkdaşımızın "Sizin özünüzə belə təkliflər olub?”, sualına Sevinc xanım bunları deyib:

"O, qədər olub, hamısı da layiqli cavablarını alıblar. Yayda Göyçaydakı toyda olduğu kimi, birinin başında mikrafon sındırmışam. Bir dəfə də birini az qala su kanalına atacaqdım. Bu 35 ildə o qədər başıma belə hadisələr gəlib. O deyirlər e qanımda yoxdur, mənim belə namussuzluq qanımda yoxdur. Qaçqın düşmüşəm, toylarda oxumuşam, anamgili dolandırmışam, amma heç vaxt əyri yola düşməmişəm. Min əziyyətlə, zillətlə pul qazanmışam. İstəyən ismətini qoruyur. Ancaq o bir–iki nəfər ismətli müğənnilər digər düz yolun yolçusu olan ifaçılara görə hər zaman əziyyət çəkiblər. Onların kölgəsində qalıblar. Onlar təmiz sənətkarların da adını batırıblar, ona görə bütün müğənnilərə əxlaqsız kimi baxıblar”.

Sonda xanəndə bu cür müğənnilərin məşhurlaşmasında efirləri günahlandırıb.

"Mən düşünürəm ki, bu cür vəziyyətlərin yaranmasında günah televiziyalardadır. Pulunu alır, efirə dəvət edir, bu cür müğənniləri reklam edib, məşhurlaşdırırlar. Biz də qalırıq çabalaya-çabalaya”.

Qeyd edək ki, əməkdar artist, xanəndə Sevinc Sarıyeva Xəzər televiziyasında yayımlanan "Hər şey daxil” verilişində, canlı efirə qoşularaq bunları bildirib.

"Mən bir məsələni açıqlamaq istəyirəm. Bilirəm, əslində çox böyük ittihamdır, amma mən sözümün arxasında dururam. Dəfələrlə şahidi olmuşam ki, kişi müğənnilər yanlarında apardıqları xanım müğənnini geri qaytarıb tələb edirlər ki, get, açıq paltar geyin! Ona görə demək istəyirəm ki, əksər kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar. Axı bu hansı kişiliyə, hansı qeyrətə sığır?!"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:49 01.06.2020

İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"

22:41 01.06.2020

İnfeksionist: "Koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq"

22:38 01.06.2020

Dövlət başçısı: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

22:18 01.06.2020

Bakıda yeni açılan "Dəniz Mall"un içərisindən görüntülər - FOTO

21:33 01.06.2020

Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü

21:24 01.06.2020

Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

21:00 01.06.2020

Azərbaycan Premyer Liqasında komanda sayı artırılmayacaq

20:18 01.06.2020

On yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan tərəfin vəkilləri: “İlkin Süleymanov günahkar deyil”

19:59 01.06.2020

Xüsusi karantin rejimi qaydalarının pozulması halları artıb

19:34 01.06.2020

Bakı metrosunda sıxlıq yaşanıb - VİDEO

19:29 01.06.2020

Azərbaycan manatının dövretmə sürəti azalıb

19:23 01.06.2020

“Ölkəmizin gələcəyi onların əlindədir”

19:09 01.06.2020

Bakıda oğlan bulvarda şəkil çəkmək istədi, dənizə düşdü - VİDEO

18:59 01.06.2020

Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO

18:45 01.06.2020

Azərbaycanda koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ

18:42 01.06.2020

Azərbaycanda koronavirusdan sağalanların sayı 3,5 mini ötdü