Kişi müğənnimiz də soyundu - Qadın müğənnilərdən bunu öyrənib - FOTO
MAQAZİN
12:50 16.08.2012
3083
"Sumqayıtda N1" müsabiqəsinin qalibi, gənc müğənni Həmid Sultan Azərbaycanda heç bir kişi müğənninin cəsarət etmədiyi addımı atdl. ANS PRESS-in məlumatına görə, ifaçı demək olar ki, çılpar fotosessiya etdirib. Çəkilişlərdə bahalı geyimlərindən imtina edən müğənni ibtidai icma quruluşunda olduğu kimi əncir yarpağına bürünüb. Çəkilişlərin davamında isə özünə kağız salfetdən geyim düzəldərək çox fəqrli fotosessiyanın ərsəyə gəlməsinə nail olub. Bu fotosessiya ilə adını yerli şou-biznes tarixinə "qızıl hərflərlə" yazdıran Həmid Sultan, qınaq hədəfi olmaqdan, onu daş-qalaq edəcək insanlardan qətiyyən çəkinmədiyini söylədiyindən, ona deyəcək bir sözümüz qalmadı. Nə isə, bircə bu qalmışdı, onu da Həmid Sultan etdi...