Ər onun yatmaq təklifini rədd edən keçmiş arvadını qətlə yetirib.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, İngiltərədə, Londonda ər keçmiş arvadını boğaraq öldürüb.
Londonda yaşayan 35 yaşlı Martin Cavanagh 31 yaşlı keçmiş xanımı Sophie Cavanagh-ı boğub.
Məhkəmədə bildirilib ki, o, keçmiş arvadı ilə axırıncı dəfə yatmaq istəyib və üstəlik 128 dollar pul da təklif edib. Qadın isə ərinin təklifinə müsbət cavab verməyib.
Buna əsəbləşən kişi arvadını boğub. Qızın cansız bədəni onun yataq otağından tapılıb.
Qeyd edək ki, cütlük 2016-cı ildən ayrı yaşayıb.