Kişi salonunun açılışı üçün yığıncaq keçirən icarədar cəzalandırıldı

Kişi salonunun açılışı üçün yığıncaq keçirən icarədar cəzalandırıldı
SOSİAL
10:55 21.08.2020
1018
Balakən rayonunda karantin qaydalarını pozaraq, insanları bir yerə toplayıb yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb. İcarədar barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
 

 


OXŞAR XƏBƏRLƏR