Kişi sonsuzluğunun səbəbləri nədir? - MÜSAHİBƏ

SAĞLAMLIQ
00:12 08.04.2013
17744

AZXEBER.COM portalı androloq-cərrah Tariyel Məmmədovun portalımıza verdiyi müsahibəni təqdim edir.

-Tariyel bəy, kişi sonsuzluğunun səbəbləri nədir?

Sonsuzluğun səbəbləri içərisində kişi sonsuzluğu çox böyük yer tutur. Kişi sonsuzluğuna bir neçə faktor təsir edə bilər. Bunlara infeksiyalar, anomaliyalar, endokrinopatiyalar, varikoselle, immunoloji faktorlar, ətraf mühit, professional və məişətdə olan zərərli faktorlar aiddir. Bütün bu sadalanan faktorlara baxmayaraq, kişi sonsuzluğunun 20% hallarda səbəbini aşkar etmək olmur. Belə sonsuzluq “ideopatik” sonsuzluq adlanır.

-Kişi sonsuzluğunun müalicəsi necə aparılmalıdır?

Ümumiyyətlə, sonsuzluğun müayinəsində müayinə birinci kişidən başlamalıdır. Əfsuslar olsun ki, Azərbaycanda müalicəni qadınlar başlayırlar. Bu doğru deyil. Kişi birinci olaraq, spermoqramma analizi verməlidir. Əgər spermoqrammanın nəticələri norma daxilindədirsə, yalnız bundan sonra qadının müayinəsinə başlamaq olar.

Kişi sonsuzluğunun müalicəsində sonsuzluğa gətirib çıxaran faktor aşkar olunmalıdır. Təsadüfi deyil ki, siqaret çəkənlər, uzun müddət spirtli içki qəbul edənlər, zərərli istehsalatda çalışan insanlar bu zərərli faktorlardan uzaqlaşdıqdan sonra, spermaqrammanın göstəriciləri normallaşır və hamiləlik baş verir. Kişi cinsiyyət vəziləri (xayalar) təsadüfi deyil ki, xaya torbasında yerləşir. Xayaların normal fəaliyyəti üçün xayalarda temperatur ümumi bədən temperaturundan 2-3 dərəcə aşağı olmalıdır. Xayalarda temperaturun yüksəlməsinə gətirib çıxaran faktorlar bunlardır: uzun müddət oturaq həyat tərzi, dar alt paltarlarının geyinilməsi, saunalar, qaynar vannalar və s. Bu faktorlar spermaqatogenezin pozulmasına səbəb olur. 

Maraqlı faktı diqqətinizə çatdırım ki, qədim zamanlarda çobanlar damazlıq qoçları yayda (isti havada) hər zaman sərin yerdə saxlayırlar. Çünki isti temperatur nəticəsində qoçların mayalandırma funksiyası kəskin aşağı düşür.

-Cinsi əlaqənin azlığı sonsuzluğa səbəb ola bilərmi? 

Birincisi, cinsi əlaqədə nə qədər az olunursa, o zaman mayalandırmanın şansı bir o qədər azalır. Bununla bağlı konkret rəqəm yoxdur. Amma bir neçə araşdırmanın nəticəsinə əsasən həftədə 3-5 dəfə cinsi əlaqə kifayətdir. İkincisi, cinsi əlaqənin gec-gec olması yardımçı kişi cinsi vəzilərində (prostatda, toxum kisəciklərində) durğunluğa səbəb olur. Bu da toxumun keyfiyyətinin aşağı düşməsinə, spermatozoidlərin hərəkət faizinin azalmasına səbəb olur.

-Sonsuzluğun profilaktikası üçün nə etmək lazımdır?

Zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Xəstədə hormonal disbalans varsa, cinsi yolla keçən infeksiya, varizoselle, cinsi zəiflik varsa, vaxtında mütəxəssisə müraciət etmək lazımdır. Çünki nə qədər tez müalicəyə başlanılsa, müalicənin nəticəsi bir o qədər yüksək olar.

Fb adresi: https://www.facebook.com/dr.tariyelmammadov?fref=ts

Email: [email protected]/* */

Tel: 055 718 16 66

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb