Kişi voleybolçular arasında Azərbaycan çempionatı start götürdü

İDMAN
22:07 16.11.2023
232
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb.

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçı "Neftçi” və son çempion "Murov Az Terminal” klubları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu görüşdə "Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.

Günün digər qarşılaşması "AZERRAIL” və MOİK komandaları arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən "AZERRAIL” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.

Yüksək Liqa

16 noyabr

I tur

"Neftçi” - "Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)
"AZERRAIL” – MOİK 3:0 (25:15, 25:15, 25:16)


 

 

 

 

 

 

 







OXŞAR XƏBƏRLƏR