Kişi xəstəxanalıq oldu - Arvadı saxlanıldı

Kişi xəstəxanalıq oldu - Arvadı saxlanıldı
SOSİAL
10:08 27.08.2024
149
Bakıda qadın ərini öldürməyə cəhddə şübhəli bilinir.

AZXEBER.COM Nizami Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə avqustun 26-də saat 04 radələrində baş verib. Rayon ərazisində 1979-cu il təvəllüdlü Sakit Nağıyevin xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1998-ci təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici əlatlə  xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Aynur Nağıyeva iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR