Psixoloqlar dünya üzrə kişilər arasında araşdırmalar apararaq ümumdünya kişilərinin qorxduğu məfhumların onluğunu tərtib ediblər.
“Azadinform” ən qorxulu ilk onluğu təqdim edir. Oxuyun və kişiləri daha da tanıyın. Bağlılıq qorxusu – Bir çox kişilər bundan ölümünə qorxurlar. Bağlılıq güclü hissdir. Onlar təkcə qadınlara deyil, bir çox şeylərə, məsələn, ev bitkisinə, ev heyvanına da bağlılıqdan qorxurlar. Bağlılıq sözü kişi leksikonunda “dəhşət” sözünə sinonim sayılır. Seksqabağı qorxu – Onları düzgün başa düşün. Onlar seksin özündən qorxmurlar, bunu yaxşı edə bilməməkdən qorxurlar. Təsəvvür edin ki, seksdən sonra kişi “Öncəki partnyorum yataqda daha yaxşı idi” sözlərini eşidir. Bundan sonra kişi nə etməlidir? Bu halda o, çoxlu vitaminlər, cinsi aktivliyi artıran dərmanlar qəbul edir, idmanla məşğul olmağa başlayır. İkinci görüşdən sonra isə kişi razı qalmır. Nə üçün? Çünki sekslə məşğul olan zaman qadını razı salmaqdan ötrü o qədər həyəcan keçirir ki, seksdən heç həzz ala bilmir. Digər kişilərin olması qorxusu – Qadınlar da digər qadınların olmasından qorxurlar. Təsəvvür edin ki, sevgilinizlə birlikdə şənlikdəsiniz. İçəri çox gözəl və seksual bir qadın daxil olur. O dəqiqə özünüzü çox narahat hiss edirsiniz. Əlbəttə, sevgiliniz ona maraq göstərməyə də bilər. Amma bu qadının varlığı belə sevgilinizə sizdən daha gözəl bir qadının mövcudluğunu göstərir. Onun üçün də bu fikirlər belədir. Müdafiə edə bilməmək qorxusu – Necə düşünürsünüz, niyə “Hörümçək adam filmi belə məşhurdur?” Çünki qəhrəman Piter Paker kişilər, Meri Ceyn isə qadınlardır. Gənc adam gözəl qadını xilas etməyə can atır. Bu onun qanındadır. Kişilər düşünür ki, bir və ya bir neçə adam onun xanımına sataşsa, o nə edər? Onun yanında olsam, onu qorumağa cəsarətim çatar? Onu qoruya bilərəm? Onun yolunda canımdan keçməyə hazıram? Əgər onu qoruya bilmirəmsə, onda mən necə həyat yoldaşıyam və ya olacağam? Bu cür fikirlər daim kişini narahat edir. Əgər qadın tək harasa gedirsə, kişilər “Hara gedirsən?”, “Ehtiyatlı ol”, “Çatanda zəng et” kimi sözlər deyirlər. Adətən qadınlar bundan əsəbiləşərək deyirlər: “Mənə ər lazımdır ata yox!” Başa düşün ki, o sizi nəzarətdə saxlamır, sadəcə öz vəzifəsini yerinə yetirir. Tənhalıq qorxusu – Bir dostumuz yazır: Mən tənhalıqdan bezmişdim. Evdə tək oturmaqdan, tək nahar etməkdən, tək televizora baxmaqdan, tək yaşamaqdan yorulmuşdum. Günlərin bir günü bir qızla tanış oldum. İki aydan sonra birlikdə yaşamağa başladıq. Amma açığı deyim ki, bir-birimizə heç uyğun gəlmirik. Aramızda böyük sevgi də yoxdur. Amma açığı deyim ki, bu tək yaşamaqdan yaxşıdır. Birlikdə olmaq qorxusu – Birgə yaşamağın da özünə görə problemləri var. Vay o gündən ki, sevgililərdən biri pinti və tənbəl olsun. Təsəvvür edin ki, kişi çox səliqəlidir. Evində hər şey yerli yerindədir. Qadın isə əksinə pinti və çox tənbəldir. Bulanmış qabları da yumur ki, manikürü korlanar. İndi beləsi ilə bir yaşa. Ya qadın kişinin xarakterini dəyişməlidir, ya da əksinə. Əks halda bu cütlüyün birgə yaşaması qanla qurtara bilər. Ananı məyus etmək qorxusu – Kişilərin bir çoxu seçdikləri xanıma görə analarını məyus etməkdən qorxurlar. Görüşdükləri hər bir xanımı analarına göstərməyə cürət etmirlər. Amma buna görə onları “mama uşağı” adlandırmaq olarmı? Ana övladını təkcə dünyaya gətirməyib. Ana onun qayğısına qalıb, hər gecə yatanda üzündən öpüb, məktəb çantasını toplayıb, paltarını yuyub və s. Buna görə də kişilər analarının ürəyini qırmaqdan çox qorxurlar. Qorxaq görünmək qorxusu – Əgər kişi nədənsə qorxursa, bu eyibdir. Amma o qorxunu qəbul edərək təslim olursa, bu qorxaqlıq kimi başa düşülür. Bir fotoqraf sevdiyi qızla nişanlanmaq istəyir. Lakin, qız oğlanın çəkmiş olduğu çılpaq model rəsmlərini bəyənməyərək, onu bu işdən uzaqlaşdırmağa çalışır. Əks təqdirdə onu tərk edəcəyi ilə hədələyir. Bu ultimatum onu çıxılmaz vəziyyətdə qoyur. Əgər razılaşsam, deməli, kişi deyiləm qız artıq mənə hörmət etməməyə başlayacaq. Yox əgər razılaşmasam, sevgilimi itirəcəyəm. Qorxaq görünməmək üçün oğlan dediyinin üstündə duraraq işindən əl çəkmir. Adi olmaq qorxusu – Kişilərin ən çox qorxduğu elə budur. Belə bir deyim var: “ Ya qələbə ya məğlubiyyət üçüncü yol yoxdur!” Ancaq qadınlar üçüncü yola daha meyilli olurlar və ya kişilərə belə gəlir. Qadınlar kişilərin sağlam düşüncə çatışmazlığını doldururlar. Qadınlar bütünlükdə özlərini kişilərə həsr etməkdən çəkinmirlər. Elə bu da kişiləri onlardan çəkindirir. Kişilər əllərində kağız portfellə orta statistik işçi olmaqdan qorxurlar. Onlar özlərini Karib dənizinin qulduru, Muşketyor kimi görmək istəyirlər. Əgər kişilər yanlarında olarkən bütün qorxularını unutduran qadını taparlarsa ondan ikiəlli yapışırlar. Dostların yanında anlaşılmaz görünmək qorxusu – Qadınlar kişilərin həyatına daxil olmazdan öncə çoxlu kişi dostları olur. Kişilər də ailə qurana qədər dostları ilə çox vaxt keçirirlər. Dostların fikri kişilər üçün önəmlidir. Kişilər dostları ilə görüşə gecikəndə və s. kimi hallar baş verəndə dostlarının bunun səbəbindən xəbər tutmasından qorxurlar.