Kişilər sozum sizədirKişi var ki, həyatda,Dağlar gədər mətindi.Kişi də var, adına,Kişi demək cətindi.Necə muddətdir ki, cox hormət bəslədiyim bir həmyerlimizin sozu məni rahat buraxmır. “Reyhanə, sən gətiyyən azərbaycan gızlarına bənzəmirsən, ona görə də səndən çox xoşum gəlir.” “Niyə?” deyib, sual etdim. “Məgər azərbaycan gızları xoşagəlimli deyillər?” Həmyerlimiz utanmadan “Eh, hardan? Boyları balaca, özləri də şişman. Hələ xaiyyətlərini demirəm” İçimdə təəccübmü, ikrahmı, yoxsa acımag hissininmi oyandığını dərk edə bilmədim. Sağlam bir adam öz anasının obrazını bu şəkildə çəkə bilərdimi?Əsla! Axı, özünü azərbaycan gadını doğan bir kişinin azərbaycan gızı hagda belə danışması nə dərəcədə normal görünə bilər? Məgər onun özünü azərbaycan gadını doğmayıbmı? Və ya ondan doğulan azərbaycan gızı olmayacagmı? İçimdən çox sual keçdi. Həmyerlimiz dil-boğaza goymadan nə isə doğrayıb tökürdü. Mən isə öz aləmimdə dilimə gətirməyi belə özümə əskiklik sandığım sualllarla başımı gaynadırdım. Niyə görə avropa bənizli xanımlarınz, gizlarınızla məzar torpağına gədər yoldaşlıg etmirsiniz o zaman? Məgər çətinə düşəndə vəfasına, sədgətinə tapındığınız gızların yüzdə, mində birinə dəyərmi onların gözlərinizi aldadan bu yalancı gözəlliyi?..Son zamanlar bəşər cəmiyyətini buruyən mənviyyat muflisləşməsinin guclu gasırğasına düşən bir necə azərbaycan gızlarının , gadınlarının da öz gaynaglarımızdan uzag düşməsi, o demək deyil ki, bütün azərbaycan gızları xoşagəlimsizdir. Əgər beləysə, o zaman ömrünün ən gənc, ən cavan anlarını məhz burda Moskva şəhərində rus, xaxol, moldavan və digər gadınlar ilə yaşayıb nədən müdrik vaxtinizda hər biriniz o boyu balaca, özləri şişman burlaxatun azərbaycan gızı sevdasına düşürsünüz? Yaşadığınız kimi yaşayıb galsanız eləcə. Yox, gala bilməzsiniz! Niyə? Cunki, yaş o yaş deyil. Həyat gozlənilmədən zərbəsini endirə bilər. Omrə vəfa yoxdu. Birdən budrəyib yıxılarsınız. Miras kimi sizi geyinib, soyunan rus gadınları isə daha vəfasızdır. Belə vaxtda yeganə söykənəcək yer azərbaycan gadınıdı. Azərbaycan adlı ananın gaynağından gopan mənəviyyat carcısıdır. Cünki gözəllik əxlagdan, tərbiyədən, mənəviyyatdan doğulur. Azərbaycan gadını isə bu gözəlliyin ən layigli daşıyıcısı adına çoxdan layig görülüb Koroğlunun Nigarı, Nəbinin Həcəri, hətta müasir dövrümüzdə məhəbbəti yolunda canını fəda edib, bu vəfalı gadınların vəfasını davam etdirərək şəhidlik zirvəsinə ucalan İlhamın Fərizəsi. Gözəllik budur!Sizin gozlərinizi aldadan gozəllik deyil. Kişiliyinizə deyil, malınıza, mülkünüzə tamah salıb, Allahın mügəddəs bir duyğuyla zənginləşdirdiyi gadın vücudunu silah kimi ünvanınıza yönəltməklə, həm özlərini, həm də sizi günahlar gucağına itələdiklərini dərk etməyənlər, ölüm ayağında başlarının üzərini kəsən duyğu yazarına cavab verəcəkləri gunu hec duşunmurlər. (Barı siz düşünün. Necə olsa kişisiniz axı...) Bir də axı analıg kimi zərif, incə bir hissi ürəyində, ganında yaşayanın bunu düşünməsinə nə hacət? Əgər o hissin gözəlliyini, mənasını duyub anlarsa. Düzü balasını nəyinki küçəyə atan, hətta özgə ələ verən analar da məni heyrətdə goyur. Bəzilərinizin (tanıdıglarım da var belələrindən) ganından, canından əmələ gələn uşaglarınızın internatda böyüməsi heçmi şərəfinizə toxunmur yəni? Bumudur sizin kiıiliyinizdəki güdrət? Beləmi yaıadırsınız Koroğluluğun dühasını? Beləmi bəyan edirsiniz kişiliyinizi dünyaya? Bir şeyi də unutmayın ki, özlərini mala-mülkə dəyişən gadınla, malinı-mülkini verib gadına sahib olan kişinin fərgi olmaz. Hər ikisi özünü satışa goyandı müxtəsəri. Beləcə mən həmyerlimizin ganını garaltmadan etnikcə ləzgi də olsam, yalnız gucağında doğulduğum azərbaycan adlı ananın gızı olmagdan çox böyük şərəf duyduğumu söylədim. O ki, galdı onu heyran edən gölərimin rənginə, onun üçün də ayrıca təşəkkür etdim ki, bunu da avropa gadınlarından heç də pis bacarmadığmızı dərk etsin nəhayət. Gözəllik nisbidir. Mən heç kimi gınamıram. Amma hər şeyin dərəcəsi var. Elə simpotiyanı ifadə etmənin də. Əgər hər hansı bir gızı, gadını xoşlasanız da ona olan simpotiyanızı bildirərkən başga bir gızın ondan aciz və ya çirkin oldugunu söyləmiyəsiniz. Beləcə dilbilməz kişilər. Bilməmək eyib deyil. Amma öyrənməmək eyibdi. Öyrənin öz hisslərinizi ifadə etmənin yollarını avropa kişilərindən. Necə ki, biz belə sözdən ötrü başınızı vurub yarmag əvəzinə, təşəkkür etməni avropa gadınlarından örənib müasiləşmişik. Bu gedişlə bir də baxıb görərsiniz ki, avropa kişiləri sizi hər şeydə üstələyiblər, necə ki, şərg gadınları öz gözəl rəgsləri ilə bütün avropanı üstələyiblər.Elə bilirəm yazdıglarım hər birinizi dərindən düşündürəcək. Rəhmətlik Mirzə Cəlilin bir ifadəsi var “sevil cadrasını atan gün kişilərin papagları didərgin düşdü”Bir də bu yazını oxuduğunuzda rəhmətlik Bəşir Səfəroğlu ilə Nəsibə Zeynalovanın aya getmək kimi səhnəsini gözləriniz önündə canlandırın. Hərdən gələm dostlarımdan biri ilə bu səhnəni xatırlayıb gülürük. Gülüb-gülüb sonunda da ağlayırıg. Yenə Rəhmətlik Cəlili yada salırıg. Hardansa oxuduğum bir cümlə düşündürür məni“ Cəlil Məmmədguluzadə dünyanın ən bədbəxt yazıçısıdır ki, onun pərəstişkarlarından çoxu həm də onun personajarıdır...” Axı M.Ə.Sabir də hophopnaməni yalnız güldürmək üçün deyil, düşündürmək üçün yazmışdı.«Gərçi qocadır babam yaşındaXortdandı nadandı, qoyma gəldiDidarı yamandı qoyma gəldi!»Elə edin ki, azərbaycan gadınlarından üzünüzə könül gapısı acan olsun. Bir bir gadının ki, kişiyə yazığı gəlib və ya həyat bezdirdiyi üçün onunla yaşamağa razılıg verə, onda, yazıg o kişinin halına, kişiliyi olmayan kişilik unvanına.əgər rəhmətlik Sabir və ya Baba Punhan indi bu yarımçıg sətirləri oxusaydı əminəm ki, bu misraların ardını goşa-goşa düzərdilər. Mənim onlar kimi danışmağa yaşım çatmır deyə, (bir də bşyüklərə hörmət xatirinə) hələ bir gədər susmag zorundayam. Amma Allah bu müdrik gələm ustalarının ölməzlik nəfəsini bizdən əskik etmədiyindən bu nəfəsə guvənib urəyimdən kecənlərin yuzdə birini dilimə gətirməyə haggım çatır. Allah heç bir bəndəsini müdrik ata nəfəsindən əskik etməsin. Koroğlu belə yerdə deyir “çünki oldun dəyirmançı, cağır gəlsin dən koroğlu”. Fəxr edirəm ki, həyatda öz müşahidələrini bol-bol düşünüb onların nəticəsinin həlli yollarını bulanların, məsləki və amalı uğrunda özlərini fəda edənlərin övladıyam. Nəsimi əzəzmətinin güdrətinə soykənən, Fizuli ruhunun sozunə tapınan, Nizami gələminin əkdiyi cığırla addımlayan, Mirzə Cəlil baxışından gaynaglanan, Sabir və digər ölməzlərin ölməzlik yolunu davam edənlərdən, Aslanlığı ər bilən, ərliyi ilə öyünən Aslan övladıyam.Məsləkim, amalım, sənin adındır.Vüqarın bərkimiş qol-qanadımdır.Reyhanə Aslanam, köküm AslandırAdımın Aslanı sənsən, ay ata!Hələlik isə “anyalar, sonyalar varkən” deyə zum-zumə edərək duşunurəm. Duşunə-duşunə duşuncələrimin gaynar axınında gözlərimi yandıran bir anın acısı dayandırdı məni. O acının izindən duyğularıma iki misralıg bir gəlpə düşdü.“ruhu atəş olmayanın cismi nəyə yarar ki,Gul budağı tikansızsa goparmağa nə var ki”Bəli! Azərbaycan gızlarının özünəməxsu təbiəti var. Təbiətindəki xasiyyət onu güllərin şahı sayılan gızılgülə daha çox bənzədir. Ruhunu içki və sigara düşkünü olan gadın necə gözəl ola bilər axı? Gözəllik yaşatmag üçündü. Ruhunda gözəllik olmayan nə özünü, nə də başgalarını yaşada bilməz. Gadın ruhundakı gözəllik analıg hissini hər an təzahür etməlidi. Amma gorub duyduglarımızdan belə gənaətə gəlmək olur ki,tərbiyə bəzi üzdənirag kişilər üçün xoşaəlimliliyin garşısını alır. Belə çıxır ki, vəfa, sədagət, əhd-ilgar da artıg modadan kənardı. Elə isə ay Gunəşə baxarkən gozləri gıyılan, üzdənirag kiıilər, sizə məsləhət gorurəm ki, Nuraddin Babayevin “Gızlar sözum sizədir” kitabını açıb əldən getmiş kişiliyinizi bərpa edəsiniz. Bax belə əziz gadınlarımız. Kişilər moda zindanına düşəli modabazlıg azarına tutulublar. Barmaglarında iri gaşlı üzük, boğazlarında galın zəncirli sep, biləklərində dəmir bilərzik. Düşdükləri zindanın görünən gandallarıdır. Görünməyənlərini isə ozunuz məndən yaxşı görürsünüz.Koroğlu rəhmətlik ilk dəfə tüfəngi görəndə “daha kişilik zamanı getdi” demişdi. Ona gatılmag məcburiyyətində galdıg. O ki galdı gadın şəxsiyyətini (xüsusilə də azərbaycan gadını) muzakirə edən kişilərə bu sizin ən boyuk nakişiliyinizin nişanəsidir. Belələrinə deyiləsi sozum coxdu. Hələlik yalnız bunu deyə bilərəm. “Gadın yarandığı gündən Allah mələklərə aid olan duygulardan birini gadına hədiyyə edir. Gadinlar hər zaman ikinci sinif olarag görünsələr də dünyanı bir arada tutan da onlardır. “Kişi var ki, dunyada gadını mələk edər. kişi də var dunyanı mələklərdən təmizlər.” Əgər gadin yanlış yoldadırsa bunun səbəbi kişilərdir. Əgər gadın mələksə onu mələk edən də kişidir. Bir də unutmayın ki, bir gadın üzündəki ifadə onun əynindəki geyimdən, gozlərindəki surmədən, dodaglarındakı boyadan daha önəmlidir. Gadını gözü, kişini isə sozu tanıtdırır. Gadının ən boyuk xəzinəsi onun ağlı, (ağılsız gadın olmur) ən güclü silahı gozəllikdir ki, o silahın patronları isə burda sadaladıglarım, boya, sürmə, daş-gaş kimi əşyalardır. Bir də çox hörmətli kişilər və “kişilər” düşüncələrimin selində duyğularımın dəryasına hopan bir şeirimdən sizə hədiyyə olarag unvanınıza yollayıram. Hədiyyəniz olsun! Bir şeyi də unutmayın ki, gadın ana deməkdir. Qadını qırmag yeni bir həyat gırmagdır. Çox ağıllı müdriklərdən birinin gələmindən suzulən bir hikmət var “ Əgər bir gadın yetərincə hirsli və bacarıglıdırsa gorə bilməyəcəyi hec bir şey yoxdur.”Bax beləcə sevgili oxucular! Hər gozləri ala, vucudu bəyaz, sacları gızılı olan gözəl ola bilməz. Əgər o gəlb gozunun suzgəcindən kecməyibsə. Gozəlliyi verən Allah gəlbə verir. Onu da gormək ucun bəsirət gozu gərək. Allah əxlagdan və imandan nadan olanların gözünü belə gözəllik garşısında kor goyur. Odur ki onlar həyatı boyu günah daşıyırlar. Gözəlliyi əldə etmənin yeganə yolu iman etməkdədi. Həyat bir dəfə verilir insana. Onu elə yaşamag lazımdır ki, dönüb arxaya baxanda peşimançılıg çəkməyəsən.Mən həmyerlimizlə sonrakı sohbətlərdən sonra onun həgigi mənada kor və nadan olduğunun şahidi oldum. Və bu sözü yalnız kor və nadan bir adamın söyləyə bilməsi gənaətinə gəldim. Bir şeirimdə dediyim kimi.Ucalıgda galmanın ən böyük şərtlərindən biri də bağışlamağı bacarmagdır. Mənim həmyerlimizə garşı heç bir kinim-küdurətim yoxdur. Ona da, onun kimilərinə də tutuldugları xəstəlikdən gurtulmağı, gəlblərinə, gözlərinə işıg düşməsini diləyirəm. Bəlkə bir kəlmə söz məni çox sərt danışmağa məcbur etdi. Amma inanin yazdıglarımın icərisində yazmag istədiklərimin yuzdə birini yazdım ki, kiminsə şəxsiyyətinə toxunub gəlbini gırmayım. Buna görə də bu yazını oxuyan hər bir kəsə bulud kimi tuitulub içərisindən Günəş kimi doğulmağı arzu edirəm. Hələlik bu gədərReyhanə ASLAN