İngiltərədə türk hamamları ilə məşhur olan Herroqeyt şəhərində qəribə qərar qəbul olunub.
Şəhər meriyasının göstərişi ilə türk hamamlarında "yalnız kişilər üçün" seansları qadağan olunub.Herroqeyt şəhər bələdiyyəsi qərarın "sırf iqtisadi motivlər"lə bağlı olduğunu desə də, sonradan "bu qərar yalnız kişilərin çimdikləri günlərdə hamamlarda yolverilməz davranışların olması ilə" izah edib.İlk türk hamamının 1897-ci ildə inşa olunduğu Herroqeyt şəhər bələdiyyəsinin üzvü Coun Kerolayn Beyolis deyib:"Hamamların çoxu qadınlar üçündür və şəhərimizin imicinə zərbə dəyməsini istəmərik. Səhər saatlarında zatən hamamlarda çox müştəri olmur. Sadəcə, kişilər üçün seanslar iqtisadi baxımdan əlverişli deyil".