"Allah insanları qadın və kişi yaradır. Amma xanım olmaq çətindir. Biz kişilər qadınlara nisbətən kobuduq".
AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov ARB TV-də yayımlanan "Ona qalsa" verilişində deyib.
Cavanşir Məmmədov xanımlar haqda danışıb: "Xanım danışanda da, güləndə də xanımlığını hiss etdirməlidir. Amma bunlar heç bir kitabda yoxdur ki, qadın hansısa kitabdan oxusun, və yaxud da deyirlər ki, kişi deyilsən. Kişilik kitabı hardadı, tapıb verin mən onu oxuyum. Əlbəttə ki, bu yazılmayıb. Çünki insanların xasiyyyəti fərqlidir. Ona görə də xanımlara çalışmalııyıq ki, xanım kimi yaxınlaşaq".
Həmin görüntüləri təqdim edirik: