Kişini vergi borcunu xəbər etdiyi üçün öldürüblər

Kişini vergi borcunu xəbər etdiyi üçün öldürüblər
SOSİAL
23:46 29.01.2024
304
Bakıda əlbir olaraq tanışları Rəşad Məmmədovu qətlə yetirən Ümidvar İbişov və Elvin Əliyevin məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM Qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, hər iki şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən cinayət hadisəsi 2020-ci ilin martında baş verib.

Cinayətə səbəb isə Rəşad Məmmədovun Elvin Əliyevin icra etmiş olduğu maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayınması faktı ilə bağlı aparılan cinayət işində ifadə verməsi olub. E.Əliyev R.Məmmədovu özünə təhlükə görərək onu aradan qaldırmaq istəyib.

O, Ümidvarla söhbət edərkən "bunu öldürən olsaydı, canım qutarardı" deyib. Ümidvar isə "mən həll edərəm" deməklə Elvini razı salıb.

Sövdələşməyə görə Ümidvar Elvindən 10 min manat almaqla Rəşadla guya narkotik vasitə qəbul edərkən onun "peredozdan" ölməsini təmin edəcəkdi. Lakin bu baş vermədiyi üçün Rəşadı boğmaqla öldürəcəyini bildirib.

Adıçəkilən şəxslər Rəşad Məmmədovu öldürmək barədə qabaqcadan razılığa gələrək sonuncunu narkotik asılılıqdan müalicə almaq üçün tibb müəssisəsinə yerləşdirmək adı ilə Elvin Əliyevin istifadəsində olan "Hyundai" markalı avtomobilə əyləşdirib Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Yasamal rayonu istiqamətində hərəkətdə olarkən kəmərlə boğaraq qəsdən öldürüblər. Onlar cinayətin izini itirmək üçün həmin gecə Rəşadın meyitini İsmayıllının Tubu kəndinə apararaq orada yandırıblar.
Maraqlıdır ki, cinayətkarlar Rəşadın şübhələnməməsi üçün onun evdən çıxarkən özü ilə geyim və zəruri əşyalar götürməsini də istəyiblər.

28 mart 2020-ci ildə İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, meyitin şəxsiyyətinin və cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

Aparılmış istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində aşkar edilmiş naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib. Bundan sonra cinayətkarlar ifşa olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
19:12 18.07.2026
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
18:54 18.07.2026
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
18:39 18.07.2026
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
18:28 18.07.2026
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
18:13 18.07.2026
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
17:51 18.07.2026
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
17:45 18.07.2026
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
17:33 18.07.2026
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
17:16 18.07.2026
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
17:01 18.07.2026
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:54 18.07.2026
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
16:47 18.07.2026
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
16:33 18.07.2026
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
Tramp onun taktikasını tənqid etdi
16:23 18.07.2026
Tramp onun taktikasını tənqid etdi
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
16:15 18.07.2026
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
Sabah çimərliklərdə hava necə olacaq?
16:09 18.07.2026
Sabah çimərliklərdə hava necə olacaq?