Kişinyovda polislə etirazçılar arasında toqquşma olub

Kişinyovda polislə etirazçılar arasında toqquşma olub
DÜNYA
18:58 12.03.2023
222
Bazar günü Kişinyovun mərkəzində polislə müxalifətin kütləvi etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları minlərlə etirazçının şəhərin baş meydanına gedən yolunu kəsiblər.


Nümayişçilər "Lənət olsun diktatura” şüarları səsləndiriblər.

Mitinqə rəhbərlik edən müxalifət partiyasının deputatları Vadim Fotesku, Regina Apostolova və siyasi qüvvənin vitse-prezidenti Marina Tauber etirazçılara mitinq keçirməyə icazə verilməsini tələb edərək hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqlar aparır.

Moldova Baş Polis Müfəttişliyi öz saytında 21-i azyaşlı olmaqla, 54 etirazçının saxlanıldığını bildirib. Polisin məlumatına görə, onlar özlərini "şübhəli” aparıblar və "qadağan olunmuş əşyalar” gəzdiriblər.
OXŞAR XƏBƏRLƏR