Kissincer yenə Ukraynadan danışdı: “Müharibənin uzanması təhlükəlidir”

Kissincer yenə Ukraynadan danışdı: “Müharibənin uzanması təhlükəlidir”
DÜNYA
15:06 20.08.2022
305
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukraynada münaqişənin uzanmasının qlobal hərbi eskalasiyaya gətirib çıxaracağını söyləyib.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

O, Ukraynadakı münaqişənin danışıqlarla bitməli olduğunu vurğulayıb.

"Hesab edirəm ki, Ukraynaya NATO-ya üzvlük təklifi səhv idi... Ona görə də danışıqlar aparılmalıdır və müharibənin qeyri-müəyyən müddətə uzanmasına imkan verilməməlidir. Çünki o zaman bu, I dünya müharibəsinə bənzəyəcək və bu, dərin eskalasiyaya gətirib çıxaracaq”, - deyə Kissincer bildirib.

ABŞ-ın keçmiş dövlət katibi NATO-ya üzv ölkələrin tezliklə danışıqların mümkün nəticəsi barədə öz aralarında razılığa gələcəyinə ümid etdiyini də bildirib.

"Mənim təklifim müharibə başlamazdan əvvəl mövcud olan xəttə geri dönülməsidir. Bu isə o deməkdir ki, Rusiya bu müharibədə əvvəllər ələ keçirdiyi Ukrayna ərazisinin 15-20%-dən imtina etməli olacaq. Bundan sonra NATO Rusiya ilə uzunmüddətli münasibətlərinin necə olacağını düşünməlidir”, - Kissincer hesab edir.
OXŞAR XƏBƏRLƏR