“Kitabların qiyməti çox bahadır” - Əflatun Amaşov

“Kitabların qiyməti çox bahadır” - Əflatun Amaşov
SOSİAL
12:00 17.01.2019
3445
"Kitab məsələsi çox vacibdir. Orta məktəblərdən başlayaraq kitabların oxunması məcburiləşdirilməlidir”.

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, kitabların qiymətlərindən də danışıb: "Kitabların qiyməti çox bahadır. Bu kitablar əsasən xaricdən Azərbaycana gətirilənlərdir. Hesab edirəm ki, xaricdən gətirilən kitablar əlavə dəyər vergisindən azad edilməlidir. Kitabın dəyəri çox böyükdür. Çap məhsulları, əsasən elmi jurnallar da vergidən azad olunmalıdır”.
 
Komitənin sədri Rəfael Hüseynov isə bildirib ki, kitabların bahalaşmasının obyektiv səbəbləri var: "Kitabın maya dəyəri artıb. Bu, kitabın bahalaşmasının obyektiv səbəbidir. İfrat bahalaşmanın qarşısını almaq üçün müəyyən imtiyazlar olmalıdır. Xaricdən gətirilən nəşrlər – kitablar, xəritələr və s. üçün müəyyən güzəştlər olmalıdır ki, insanların onları almaq imkanları olsun, bu iş nizama salınmalıdır”.
OXŞAR XƏBƏRLƏR