KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir

KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
DÜNYA
21:03 24.04.2025
332
ABŞ Ukraynada münaqişənin sülh yolu ilə həlli kontekstində Rusiyadan Kiyevin öz ordusu və hərbi sənayesini yaratmağı ilə bağlı hüququnun tanınmasını tələb edir.

Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu məsələnin Rusiyanın Prezidenti Vladimir Putinlə görüşdə müzakirə olunmasını nəzərdə tutur.

Agentlik həmçinin əlavə edib ki, Vaşinqton Moskvanı Zaporojiya AES-i ABŞ-ın nəzarətinə verməyə və Ukraynanın Dnepr çayı boyunca keçidini təmin etməyə də razı salmaq niyyətindədir.

Məqalədə o da qeyd olunur ki, bu təkliflər hələ tam olaraq təsdiqlənməyib və onlara dəyişikliklərin edilməsi mümkündür.
 
///APA
OXŞAR XƏBƏRLƏR