KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir

KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
DÜNYA
03:42 14.03.2026
219
ABŞ Yaxın Şərq regionuna dəniz piyadalarının ekspedisiya dəstəsini və əlavə hərbi gəmilər göndərir.

Bu barədə "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın müdafiə naziri Pit Heqset Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) amfibiya-desant qrupunun və ekspedisiya dəstəsinin bölgəyə yerləşdirilməsi ilə bağlı sorğusunu təsdiqləyib.

/APA
OXŞAR XƏBƏRLƏR