KİV: Avropada fon der Lyayenin rəhbərlik edəcəyi yeni kəşfiyyat orqanı yaradılacaq

KİV: Avropada fon der Lyayenin rəhbərlik edəcəyi yeni kəşfiyyat orqanı yaradılacaq
SİYASƏT
13:01 11.11.2025
94
Avropa Komissiyası (AK) milli kəşfiyyat orqanları tərəfindən toplanan məlumatlardan daha səmərəli istifadə etmək üçün yeni bir kəşfiyyat orqanı yaradacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Adı açıqlanmayan AK rəsmisi nəşrə bildirib ki, komissiya təhlükəsizlik və kəşfiyyat imkanlarını gücləndirməyin yollarını araşdırır.

O əlavə etdi ki, bu yanaşmanın bir hissəsi kimi xüsusi bir qurumun yaradılması nəzərdən keçirilir. Rəsmi şəxs qeyd edib ki, qurumun konsepsiyası hələ də müzakirə mərhələsindədir və qərarın verilməsi üçün konkret bir müddət müəyyən edilməyib.
 
Oxu.Az 
OXŞAR XƏBƏRLƏR