KİV: Azərbaycan Pakistandan qırıcılar alır

SİYASƏT
23:40 21.02.2024
385
Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aeronavtika Kompleksi ilə saziş imzalayıb.

Pakistan mediasının məlumatına görə, bu razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir.

Müqaviləyə "JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatları daxildir.

Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR