Tramp və Putinin xüsusi nümayəndələri görüşüblər

Tramp və Putinin xüsusi nümayəndələri görüşüblər
DÜNYA
23:31 08.01.2026
105
Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ liderinin kürəkəni, sahibkar Cared Kuşnerlə görüşüb.

Bu barədə "Axios" portalı məlumat yayıb.

Portalın mənbələrinə istinadən yaydığı məlumata görə, görüş Uitkoff və Kuşnerin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə apardıqları iki günlük danışıqlardan sonra baş tutub.

"Axios"un iddiasına görə, görüş zamanı Ukrayna böhranının mümkün nizamlanması planı müzakirə edilib. Portal yazır ki, Trampın planının demək olar ki, bütün bəndləri üzrə Ukrayna ilə razılıq əldə edildikdən sonra Ağ ev bu təklifə Rusiya rəhbərliyindən aydın cavab almaq niyyətindədir.
 
/APA
OXŞAR XƏBƏRLƏR