KİV: Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

KİV: Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
DÜNYA
09:40 27.05.2025
575
ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Bunu "Wall Street Journal” ABŞ prezidentinə yaxın mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, Rusiyanın bank sektoruna qarşı əlavə sanksiyalar müzakirə olunanlar arasında deyil.

Yeni sanksiyaların məqsədi Vladimir Putini güzəştə getməyə, o cümlədən ABŞ prezidentinin təkid etdiyi 30 günlük atəşkəslə razılaşmağa məcbur etməkdir.

Bildirilir ki, yeni sanksiyalarla bağlı yekun qərar hələ verilməyib və Donald Tramp onları təqdim etməkdən imtina edə bilər.

Qeyd edək ki, bazar günü Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirdiyini bildirərək Rusiya prezidenti Vladimir Putini tənqid edib.

"Biz danışıqlar prosesindəyik, o isə Kiyevə və digər şəhərlərə raket zərbələri endirir. Bu, mənim heç xoşuma gəlmir", - Tramp deyib.
 
/APA

OXŞAR XƏBƏRLƏR