KİV: "Dünən Rusiya ordusuna 91 milyon dollarlıq ziyan dəyib"

KİV: "Dünən Rusiya ordusuna 91 milyon dollarlıq ziyan dəyib"
DÜNYA
19:20 03.08.2022
274
Dünən Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 qanadlı raketini vurub.

Bu barədə "Forbes” nəşri məlumat yayıb.

Bildirilib ki, vurulan qanadlı raketlər arasında "Kalibr”, "İsgəndər”, "Oniks”, "Toçka- U” və digər markalı artilleriya sistemlər olub. Məlumata görə, dəymiş ziyanın ümumi həcmi 91 milyon dollardır.

Qeyd edək ki, daha bir qanadlı raket isə Lvov vilayətindəki zenit-raket kompleksinə düşüb.

Xatırladaq ki, Rusiya Ukraynadakı savaşa gündə, təxminən, 400 milyon dollar xərcləyir.
OXŞAR XƏBƏRLƏR