Ərdoğanla birlikdə Sinan Oğan da Azərbaycana gələcək

Ərdoğanla birlikdə Sinan Oğan da Azərbaycana gələcək
DÜNYA
14:07 12.06.2023
177
Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan sabah, iyunun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərində onu müşayiət edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Yeni Şafak” məlumat verib.

S.Oğanın heyətlər arasında keçiriləcək geniştərkibli görüşdə iştirak edəcəyi də iddia olunur.

Sabahkı səfər çərçivəsində regional məsələlərin, o cümlədən Cənubi Qafqazdakı durumun müzakirə ediləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR