KİV: “Ermənistan Gürcüstandakı səfirini geri çağırır”

KİV: “Ermənistan Gürcüstandakı səfirini geri çağırır”
DÜNYA
19:40 09.07.2022
368
Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan geri çağrılacaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

"Qraparak” qəzetinin mənbələrinə istinadən yaydığı məlumata əsasən, R.Sadoyanın yerinə 2015-2021-ci illərdə Ermənistanın Almaniyadakı səfiri olmuş Aşot Smbatyan təyin olunacaq.

Nəşrdə A.Smbatyanın aqremanının Gürcüstana artıq göndərildiyi bildirilib.

Qeyd edək ki, R.Sadoyan 2017-ci ilin oktyabrından Ermənistanın Gürcüstandakı səfiri vəzifəsində çalışır.
OXŞAR XƏBƏRLƏR