KİV: “Ermənistanın Rusiya və İranla yaxınlığı onun Avropa ilə münasibətlərini ciddi şəkildə poza bilər”

KİV: “Ermənistanın Rusiya və İranla yaxınlığı onun Avropa ilə münasibətlərini ciddi şəkildə poza bilər”
DÜNYA
18:21 09.05.2023
181
Azərbaycanı Türkiyə və İsrail dəstəklədiyi halda, Ermənistan İran və Rusiyanın tərəfini seçib ki, bu da onların beynəlxalq arenadakı hazırkı rolu nəzərə alınmaqla Ermənistanın Avropa ilə münasibətlərini ciddi şəkildə poza bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Euroactiv” portalındakı məqalədə deyilir.

Məqalədə Ermənistanın bu təsirdən uzaqlaşa bilib-bilməyəcəyinə dair ritorik sual verilir:

"İsrailin qatı düşməni olan, uzun illərdir Cənubi Qafqazda öz qaydalarını diktə etməyə çalışan İran Rusiya ilə strateji və enerji müqaviləsi olan Ermənistana dəstəyi artırıb. Öz növbəsində, Rusiyanın Ermənistan üzərində uzunmüddətli təsir tarixçəsi var”.

Məqalədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovdan sitat gətirilir:

"Rusiyanın Ermənistanda bazaları var. Ermənistanın sərhədlərinin böyük hissəsi Rusiya FTX tərəfindən qorunur, Ermənistan iqtisadiyyatının 75 faizi isə Rusiya şirkətlərinə məxsusdur. Moskvadan uzaqlaşmaq çətin olacaq”.

Ermənistan BMT-də həmişə, o cümlədən 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyaya dəstək verdiyi halda, Azərbaycan hər zaman öz azadlığını qoruyub saxlamağa çalışıb. Azərbaycan 2022-ci ildə müharibə başlayandan sonra Ukraynaya yardım edən ilk Qafqaz ölkəsi oldu. Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 26-da SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrinə təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin etmək göstərişi verildiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. Həmçinin Azərbaycan Ukraynaya tibbi ləvazimatlar da tədarük edib.

"Beləliklə, İran və Ermənistan, eləcə də Rusiya arasında sıx münasibətlər İrəvanın Avropaya sədaqətində ciddi problem yaradır. Ancaq hətta bu cür məqamda belə Fransa Prezidenti Emmanuel Makron İrəvanı Tehran və Moskva ilə əlaqələrinə görə heç vaxt pisləmir, əksinə, Ermənistanı fəal şəkildə dəstəkləyir”, - materialda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər