KİV: Əş-Şaraa təhlükəsizlik qüvvələrinin 200 əməkdaşının öldüyünü təsdiqləyib

KİV: Əş-Şaraa təhlükəsizlik qüvvələrinin 200 əməkdaşının öldüyünü təsdiqləyib
DÜNYA
04:51 11.03.2025
322
Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa ölkənin qərbində keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda ölkənin təhlükəsizlik qüvvələrinin 200 əməkdaşının öldüyünü təsdiqləyib.

O, bu barədə "Reuters”ə müsahibəsində bildirib.

Söhbətdən edilən çıxarışlara görə, əş-Şaraa müstəqil komitənin araşdırması tamamlanana qədər ölənlərin ümumi sayını açıqlamayacağını söyləyib.

Xatırladaq ki, Əş-Şaraa dünən sahilyanı əyalətlərdə zorakılığın artmasının səbəblərini müəyyən etmək, cinayətləri araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün yeddi nəfərdən ibarət müstəqil komitə yaradıb.

Dəməşq administrasiyasının yeni başçısı söz verib ki, toqquşma günlərində əksəriyyəti Ələvi icmasına mənsub olan dinc əhaliyə qarşı törədilən cinayətlərdə əli olanların hamısı cəzalandırılacaq. "Suriya hüquqi dövlətdir. Qanun hamıya şamil olunacaq. Biz məzlumları qorumaq üçün mübarizə apardıq və heç kimin qanının haqsız yerə axıdılmasına və hətta bizə ən yaxın olanlar arasında belə kiminsə cəzasız qalmasına icazə verməyəcəyik”, – agentlik prezidentin sözlərindən sitat gətirib.

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar başlayıb. Martın 10-da Suriya Müdafiə Nazirliyi ölkənin sahilyanı əyalətlərində əməliyyatın başa çatdığını və təhlükəsizliyə təhdid olan Əsəd tərəfdarlarının silahlı birləşmələrinin zərərsizləşdirildiyini elan edib.
 
///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir