KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub

KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
DÜNYA
21:24 19.03.2026
146
İranın ABŞ-a məxsus 5-ci nəsil F-35 qırıcı təyyarəsini vurduğu iddia olunur.

Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə İran üzərində döyüş tapşırığı yerinə yetirərkən zərər görüb və regiondakı ABŞ aviabazalarından birinə məcburi eniş edib, pilot sağ qalıb.

Məlumat təsdiqlənərsə, bu, İranın ilk dəfə bu tip qırıcı təyyarəni vurması halı olacaq.
Xatırladaq ki, F-35 qırıcıları hazırkı münaqişə zamanı ABŞ və İsrail tərəfindən aktiv istifadə olunur və bir ədədinin dəyəri 100 milyon dollardan artıqdır.
OXŞAR XƏBƏRLƏR