İran hərbi gücünü bərpa etmək üçün Çindən ballistik raketlər üçün minlərlə ton komponent sifariş edib.
Bu barədə Amerikanın "The Wall Street Journal” nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, Tehran potensial olaraq 800-ə qədər raket istehsal etmək üçün kifayət qədər ammonium perxlorat sifariş edib. Bu material bərk yanacaqla işləyən raketlərin istehsalı üçün istifadə olunur.
Nəşrin məlumatına görə, ammonium perxlorat partiyasının yaxın aylarda İrana gətiriləcəyi gözlənilir. Mənbələr bildirirlər ki, tədarük ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə danışıqları təklif etdiyinə dair mart bəyanatından bir neçə ay əvvəl razılaşdırılıb.
Ammonium perxloratı İranın "Pishgaman Tejarat Rafi Novin Co.” təşkilatı Honkonq qeydiyyatlı "Lion Commodities Holdings Ltd.” şirkətindən sifariş edib.
WSJ-nin mənbələrindən biri bildirib ki, bu yükün bir hissəsi Yəməndəki husilərə verilə bilər. Materialın böyük hissəsi İranda qalacaq.
///report