İsrail Qəzza zolağında 40 günlük atəşkəs müqabilində 11 girovun azad edilməsini tələb edir.
Bu barədə "Jerusalem Post” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinə istinadən yaydığı məlumata görə söhbət ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandr və daha 10 sağ qalmış canlı girovdan gedir.
Bundan əlavə, İsrail tərəfinin HƏMAS-dan girovlar barədə tam məlumat verməsini tələb etdiyi bildirilir.
Qeyd edək ki, əvvəlki atəşkəs zamanı HƏMAS 33 girovla bağlı yalnız ümumi məlumat yaymışdı.
Qəzetin mənbəsi bildirir ki, fasilə zamanı Qəzzada hərbi kampaniyanın sonrakı mərhələləri və münaqişənin dayandırılması şərtləri ilə bağlı danışıqlar aparılacaq.
///APA