AZXEBER.COM xəbər verir ki, bu barədə bazar günü "CBS News"a İsrail rəsmisi bildirib.
Onun sözlərinə görə, hücuma məruz qalmış infrastruktur obyektlərində saxlanılan yanacaq rəsmi olaraq İran silahlı qüvvələrinə verilir.
Mənbə qeyd edir ki, İran hərbçiləri həm ordunun ehtiyacları, əməliyyatların keçirilməsi, həm də istehsal və elmi-tədqiqat fəaliyyəti üçün istifadə olunan bu neft emalı zavodlarındakı (NEZ) yanacaqdan tamamilə asılıdırlar.
Ötən gün İranın dövlət mediası xəbər verib ki, İran paytaxtındakı neft anbarlarından biri hücuma məruz qalıb. IRNA agentliyinin məlumatına görə, Tehranda və qonşu Kərəc şəhərində üç neft anbarına hücum olub. Bu anbarlardan ikisi İran paytaxtının cənubunda yerləşən və zədələnməyən iri NEZ-in yaxınlığında yerləşir.
/"Report"










































