KİV: İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib

KİV: İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib
DÜNYA
19:55 06.07.2025
195
İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsi haqqında razılaşma əldə etmək məqsədilə HƏMAS hərəkatı ilə dolayı danışıqların aparılması üçün Dohaya gəlib.

Bu barədə Qətərin "Al Araby" televiziya kanalı məlumat verib.

Bazar günü İsrailin "Ynet" portalı bildirib ki, hakimiyyət Qəzza ilə bağlı məsləhətləşmələr aparmaq üçün Dohaya nümayəndə heyəti göndərmək qərarına gəlib.
 
/Report
OXŞAR XƏBƏRLƏR