KİV: İtaliya noyabrda Kiyevə yeni hərbi yardım paketini təsdiq edə bilər

KİV: İtaliya noyabrda Kiyevə yeni hərbi yardım paketini təsdiq edə bilər
DÜNYA
19:00 30.10.2022
228
İtaliya hakimiyyəti noyabrın ortalarına qədər Ukraynaya altıncı hərbi yardım paketini təsdiq edə bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "La Repubblica” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, hazırda hökumətdə gələcək dəstəklə bağlı konkret məlumatlar yoxdur, lakin ola bilsin ki, Roma Kiyevə bir sıra hava hücumundan müdafiə sistemləri göndərmək qərarına gəlsin.

Qeyd olunub ki, hazırda Kiyevə gələcək yardım paketinin tərkibi ilə bağlı hökumət daxilində mübahisələr var, çünki bəzi siyasətçilər Ukrayna münaqişəsində diplomatik yolun gücləndirilməsini tələb edirlər.

Nəşrin mənbələri istisna etmirlər ki, Ukrayna çox güman ki, silahlar alacaq, onların atış məsafəsi Rusiya ərazisinə hücumlara imkan verməyəcək.
OXŞAR XƏBƏRLƏR