KİV: Kir Starmer NATO-nun baş katibi ola bilər

KİV: Kir Starmer NATO-nun baş katibi ola bilər
DÜNYA
02:53 29.06.2026
157
Bir neçə gün əvvəl istefasını elan etmiş Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

Bu barədə "The Observer" həftəlik qəzeti məlumat yayıb.

Belə ki, britaniyalı siyasətçi 2028-ci ildə keçiriləcək növbəti baş katib seçkisində namizədliyini irəli sürmək niyyətindədir. Hazırda bu vəzifəni Niderlandın keçmiş baş naziri Mark Rutte tutur.
Qeyd olunur ki, Starmerin bu planları Böyük Britaniya rəhbərliyinin "uzunmüddətli və ardıcıl" dəstəyini tələb edəcək.

Daha əvvəl Kir Starmer vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb. O, qərarı barədə iyunun 22-də səhər saatlarında Kral III Çarlzı məlumatlandırdığını bildirib.
OXŞAR XƏBƏRLƏR