KİV: “Kreml “denasifikasiya” sözündən imtina etməyə çalışır”

KİV: “Kreml “denasifikasiya” sözündən imtina etməyə çalışır”
DÜNYA
19:58 04.05.2022
388
Kreml "denasifikasiya” sözündən imtina etməyə çalışır, çünki rusiyalılar bunun mənasını anlamır.

Bu barədə "Proyekt” nəşri Kremlə yaxın yüksəkvəzifəli 4 mediamenecerə istinadən məlumat yayıb.

Bildirilib ki, aprel ayında Kreml telefon sorğusu sifariş verib. Sorğunun nəticələri əhalinin Prezident Vladimir Putinin Rusiyanın Ukraynaya təcavüzünün məqsədlərindən biri adlandırdığı "denasifikasiya” sözünün mənasını anlamadıqlarını ortaya qoyub.

"Bundan sonra bizdə qarışıqlıq düşdü – hər həftə yeni sözlər axtarırdıq, amma uğurlu bir şey tapa bilmədik”, - həmsöhbətlərdən biri "Proyekt”ə bildirib.

Onun sözlərinə görə, sorğular rusiyalıların yalnız qələbə haqqında eşitmək istədiyini göstərir. Nəşr qeyd edib ki, buna baxmayaraq, təbliğat "denasifikasiya” sözünün işlədilməsindən tamamilə imtina etməyib, sadəcə olaraq istifadəsi sayını azaldıb.

Məsələn, teleaparıcı Dmitri Kiselyov fevralın 27-də və martın 6-da baş tutan efirlərində bu sözün anlamını ən azı yeddi dəqiqə izah etməyə çalışıb. Aprel ayında isə D.Kiselyov bu sözdən ümumiyyətlə istifadə etməyib, ya da hər buraxılışda yalnız bir dəfə işlədib.

Bundan əlavə, "Proyekt”in məlumatına görə, V.Putinin şəxsi operatorlarından biri olan İlya Filatov Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə bağlı dövlət başçısının videomüraciətini çəkdikdən sonra istefa verib.

Söhbət fevralın 24-də səhər tezdən nümayiş etdirilən videomüraciətdən gedir. İ.Filatovun özü işdən çıxmasını belə izah edib: "Peşədə zirvəyə çatdım”. O həmçinin aylarla karantində oturmaqdan yorulduğunu vurğulayıb. İ.Filatov işdən çıxmasının Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğunu təkzib edib.

Qeyd edək ki, denasifikasiya müharibənin əvvəlində Rusiyanın rəsmi Kiyev qarşısında qoyduğu şərtlərdən biridir. Belə ki, Kremlin mövqeyinə əsasən, Ukraynadakı hakimiyyət neonasist qrupdan ibarətdir və həmin rəhbərlik yerli əhaliyə, xüsusilə etnik ruslara qarşı "soyqırımı” siyasəti aparır. "Denasifikasiya” termini isə hərfi tərcümədə nasizm ünsürlərindən təmizləmə mənasını daşıyır. Bununla belə, Moskvanın Ukraynaya qarşı başladığı müharibənin sürəti səngidikcə, o cümlədən Kiyevdəki hakimiyyəti dəyişdirmək cəhdlərinin iflasa uğraması, habelə bir sıra istiqamətlərdə Rusiya ordusunun uğursuzluqları Rusiya mətbuatında, həmçinin rəsmi şəxslərin nitqlərində bu sözdən istifadənin sayını kəskin azaldıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb