Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib.
Ona şəhərdəki vəziyyət barədə məlumat verilib.
Zəlzələ nəticəsində 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.