KİV: Netanyahuya Xameneinin cəsədinin əks olunduğu video göstərildi

KİV: Netanyahuya Xameneinin cəsədinin əks olunduğu video göstərildi
DÜNYA
00:41 01.03.2026
499
İsrailin Baş naziri Benyamin Netanyahuya İranın ali lideri Əli Xameneinin cəsədinin əks olunduğu video göstərilib.

Bu barədə İsrailin "9-cu kanal"ı özünün "Telegram"ında məlumat yayıb.

"Baş nazirə Xameneinin cəsədinin göründüyü videogörüntü təqdim olunub", - deyə paylaşımda bildirilir.

Daha əvvəl "Reuters" agentliyi israilli rəsmi şəxsə istinadən Xameneinin həlak olması barədə xəbər yayıb. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Bundan əvvəl Netanyahu Xameneinin iqamətgahının dağıdıldığını və İranın ali liderinin həlak olmasına dair çoxlu əlamətlərin olduğunu bəyan etmişdi.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR